media-1200x100

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

media-ads_728_90

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də, doğum günündə MDB dövlət başçıları ilə görüşəcək.

“TV1” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putinin MDB dövlət başçıları ilə işgüzar görüşü də planlaşdırılıb.

Kremlin sözçüsü Rusiya Prezidentinin bu ilin noyabrında Braziliyada keçiriləcək G20 sammitinə səfəri ilə bağlı qərarın hələ verilmədiyini də söyləyib.

media-ads_728_90
Paylaş