Qadın güləşçimiz dünya çempionatında FİNALDA
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında finala yüksəlib.
“TV1” xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda türkiyəli Büşra Efeyə tam üstünlüklə qalib gəlib.
R.Məmmədova həlledici qarşılaşmada çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək. Görüş avqustun 21-də keçiriləcək.
Qeyd edək ki, Günay Qurbanova (59 kiloqram) isə bu gün bürünc medal uğrunda qarşılaşmada kanadalı Ella Findinqi sınağa çəkəcək.