Qara dənizdə gəmi dronla vurulub, ölənlər var

media-ads_728_90

Qara dənizdə Rumıniyanın ərazi sularından kənarda üzən gəmi dronla vurulub.

“TV1” xəbər verir ki, “Reuters“in xəbərinə görə, hadisə “Royad Mammadov” adlı gəmidə qeydə alınıb.

Rumıniya xilasediciləri 11 nəfəri xilas etsə də, iki nəfər həyatını itirib.

Eyni zamanda, 13 nəfər itkin düşüb, axtarış-xilasetmə işləri davam etdirilir.

Təsdiq olunmamış məlumata görə, gəmi Türkiyəyə məxsus olub və taxıl yükü daşıyıb.

media-ads_728_90
Paylaş