Qarabağ bölgəsindəki ümumi təhsil müəssisələrində 85 min 697 şagird təhsil alacaq
2026–2027-ci tədris ilində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 85 min 697 şagird təhsil alacaq. Onlardan 6507 nəfəri ilk dəfə məktəbə qədəm qoyaraq birinci sinifdə təhsilə başlayacaq. Yeni tədris ilində 4382 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunacaq.
“TV1” xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 19 ümumi təhsil müəssisəsində, ümumilikdə, 4204 şagird təhsil alacaq. Onlardan 276 uşaq məktəbəhazırlıq qruplarında, 386 uşaq isə birinci sinifdə təhsilə başlayacaq.








