media-1200x100

"Qarabağ"ın futbolçusu "Ferents Puşkas" mükafatına namizəd olub

media-ads_728_90

“Qarabağ”ın və Əlcəzair millisinin futbolçusu Yassin Benzia 2024-cü ilin “Ferents Puşkas” mükafatına namizəd olub.

“TV1” xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi beynəlxalq yoldaşlıq matçında baş tutan Əlcəzair – CAR matçının 70-ci dəqiqəsində vurduğu baxımlı qola görə namizədlər siyahısında yer alıb.

Qeyd edək ki, martın 26-da keçirilən görüş 3:3 hesabı ilə başa çatıb. Y.Benzia qarşılaşmada dubl (22, 70) müəllifi olub.

media-ads_728_90
Paylaş