media-1200x100-50faiz

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşlarının həcmi AÇIQLANDI

media-ads_728_90

Bu ilin fevralın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 9,8 milyon manat kredit qoyulub.

“TV1” xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumat məlumatında bildirilir.

Məlumata əsasən, bu göstərici üzrə orta faiz dərəcəsi 15,69% təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 9,1 milyon manatı milli valyutada, 698 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Eyni zamanda, bu ilin fevralın 1-nə Qarabağ iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi 474,7 milyon manat təşkil edib ki, bu göstərici üzrə orta faiz dərəcəsi 19,16%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 473 milyon manatı milli valyutada, 1,6 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Qeyd edək ki, bu ilin fevralın 1-nə olan məlumata əsasən, cəmi regionlar üzrə kredit qoyuluşlarının həcmi 27,5 milyard manata bərabər olub.

media-ads_728_90
Paylaş