Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
Azərbaycan vətəndaşlarının işğaldan azad olunmuş ərazilərə daha rahat şəkildə səfər etmələri məqsədilə gündəlik əsasda və onların sözügedən ərazilərə səfər etdikdən sonra geridönüş vaxtlarını seçə bilmələri şərti ilə təşkil edilmiş müntəzəm şəhərlərarası reyslərin, habelə alternativ səfər imkanlarının yaradıldığını nəzərə alaraq, “yolumuzqarabaga.az” portalı üzərindən ziyarət xarakterli reyslərin müntəzəm reyslərlə əvəz edilməsi nəzərdə tutulub.
“TV1” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatda bildirilir.
Qeyd olunur ki, bununla əlaqədar olaraq işğaldan azad olunmuş ərazilərə avtobusla səfər etmək istəyən vətəndaşlarımızdan 1 martdan etibarən müntəzəm reyslər üzrə biletləri “yolumuzqarabaga.az” portalı üzərindən deyil, yalnız “biletim.az” portalı üzərindən əldə etmələri xahiş olunur”.