media-1200x100

Qaraheybətdə helikopter qəzasından 3 il ötür

media-ads_728_90

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından 3 il ötür.

“TV1” xəbər verir ki, 2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonunda yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb:

Şəhid olan hərbçilərin adları:

1. Polkovnik Cavadov Füzuli Əli İbram oğlu;

2. Polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;

3. Mayor Həsənov Elmir Mircəlil oğlu;

4. Mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. Mayor Mayılov Emil Şahid oğlu;

6. Mayor Məmmədov Murad Yaşar oğlu;

7. Mayor Əliyev Emil Elman oğlu;

8. Tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. Kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. Kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11. Kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. Leytenant Süleymanov Abdulla Telman oğlu;

13. Baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. Nəbiyev Elçin Fikrət oğlu (ehtiyatda olan polkovnik).

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

media-ads_728_90
Paylaş