Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görülən tədbirlər nəticəsində H. Həsənov və A. Qurbanov saxlanılıblar. Onlardan 7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.








