Qazaxıstanda hərbçilərin həlak olmasının səbəblərini araşdırmaq üçün komissiya yaradılıb
Qazaxıstanın Manqistau vilayətində təlimlər zamanı hərbçilərin həlak olmasının səbəblərinin araşdırılması üzrə hökumət komissiyası yaradılıb.
“TV1” xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin saytında məlumat verilib.
Komissiyanın tərkibinə müdafiə naziri, Manqistau vilayətinin akimi (meri), Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Səhiyyə və Nəqliyyat nazirliklərinin nümayəndələri, Baş hərbi prokuror, eləcə də Sərhəd Xidmətinin nümayəndələri daxil edilib.
Qazaxıstanın Baş naziri Oljas Bektenov komissiyanın sədri – Baş nazirin müavini Kanat Bozumbayevə hadisə yerinə yollanmağı və hərbçilərin həlak olmasının səbəblərinin hərtərəfli araşdırılması üçün işə başlamağı tapşırıb.
Bundan başqa, komissiyaya həlak olanların ailələrinə yardım göstərilməsi ilə bağlı tapşırıq verilib.








