Qazaxıstanda hərbçilərin ölməsi ilə bağlı iş üzrə Müdafiə Nazirliyinin 5 vəzifəli şəxsi saxlanılıb

media-ads_728_90

Qazaxıstan Müdafiə Nazirliyinin beş vəzifəli şəxsi Manqistau vilayəti sahillərində, Xəzər dənizində təlimlər zamanı hərbi qulluqçuların həlak olması ilə bağlı iş üzrə saxlanılıb.

“TV1”  Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qurumdan qeyd edilib ki, ağır nəticələrə səbəb olan xidmətə səhlənkar yanaşma və gəmi idarəçiliyi qaydalarının pozulması ilə bağlı cinayət hüquqpozmalarının törədilməsində şübhəli bilinən Qazaxıstan Silahlı Qüvvələrinin ali və baş komandanlıq heyətinin məsul vəzifəli şəxsləri saxlanılıb.

“Saxlanılanlar arasında Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələri Baş komandanının birinci müavini – qərargah rəisi, iki hərbi hissə komandiri, həmçinin dəniz piyadaları bölüyünün və katerin komandirləri var. Onların hamısı şübhəli şəxs qismində tanınıb və Aktau şəhər polis idarəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər”, – məlumatda qeyd olunub.

DİN-in hərbi istintaq bölməsi tərəfindən “Xəzər Qorğanı – 2026” təlimləri zamanı hərbi qulluqçuların həlak olması faktı üzrə məhkəməyəqədərki araşdırma aparılır.

media-ads_728_90
Paylaş