media-1200x100

Qazaxıstanda mədənin çökməsi nəticəsində həlak olan yeddi işçinin meyiti tapılıb

media-ads_728_90

Qazaxıstanda mədənin çökməsi nəticəsində həlak olan daha bir işçinin meyiti tapılıb.

“TV1” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xilasedicilər Qazaxıstanın Ulitau vilayətində çökmüş mədənin dağıntılarını təmizləyərkən ölmüş 6 şaxtaçının meyitini tapıblar, digərinin axtarışı isə davam edir.

Hadisə ilə bağlı ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Axtarış-xilasetmə əməliyyatları zamanı bir qrup xilasedici “Kazakhmys Corporation” MMC-nin 6 əməkdaşının meyitini aşkar edib. Onların şəxsiyyəti müəyyənləşdirilir. Hazırda hadisənin bütün hallarının aydınlaşdırılması istiqamətində araşdırma aparılır. Yeddinci şəxsin axtarışları davam etdirilir”, – məlumatda deyilir.

media-ads_728_90
Paylaş