media-1200x100

Qətər, Misir, ABŞ İsrail və HAMAS-ı danışıqları bərpa etməyə çağırdı

media-ads_728_90

Misir, Qətər və ABŞ liderləri İsrail və HAMAS hərəkatını avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını dərhal bərpa etməyə çağırıb.

“TV1” xəbər verir ki, bu barədə Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani, Misir prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ prezidenti Co Baydenin birgə bəyanatında deyilir.

“Biz hər iki tərəfi 15 avqust – Cümə axşamı günü Doha və ya Qahirədə təcili danışıqları bərpa etməyə, qalan boşluqları doldurmağa və heç bir gecikmə olmadan sazişin icrasına başlamağa çağırırıq”, – deyə bəyanatda deyilir.

media-ads_728_90
Paylaş