media-1200x100

Qeyri-sabit hava şəraiti nəticəsində xəsarət alanların SAYI

media-ads_728_90

Bakıda güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti 1 nəfərin xəsarət alması ilə nəticələnib.

“TV1” xəbər verir ki, TƏBİB-dən bildirib ki, 07-08 yanvar 2025-ci il tarixində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə küləkli hava şəraiti nəticəsində yıxılaraq xəsarət alan 1966-cı il təvəllüdlü 1 nəfər (kişi cinsli) müraciət edib.

“Bədənin müxtəlif hissələrinin yüngül əzilməsi diaqnozu qoyulan xəstəyə zəruri tibbi xidmətlər göstərilib. Ambulator müalicə üçüb evə buraxılıb”, – deyə məlumatda qeyd edilib.

media-ads_728_90
Paylaş