media-1200x100

Qəzzada atəşkəsdən sonra dağıntılar altından 354 cəsəd çıxarılıb

media-ads_728_90

Axtarış-xilasetmə qrupları atəşkəs elan edildikdən sonra Qəzza zolağında dağılmış binalardan 354 cəsədi çıxarıb.

“TV1” xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı xəbər yayıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, anklavda 14 mindən çox insan itkin düşmüş hesab edilir. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi isə bildirir ki, Qəzza zolağından 50 milyon ton dağıntının çıxarılması və təmizlənmə işlərinin 20 ilə qədər vaxt aparması mümkündür.

Qeyd edək ki, yanvarın 15-də Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Doha, Qahirə və Vaşinqtonun vasitəçiliyi ilə İsrail və HAMAS arasında razılıq əldə olunduğunu açıqlayıb. Bu razılaşmaya əsasən, Qəzzada girovlar azad edilib və atəşkəs elan edilib. Müqavilə yanvarın 19-da qüvvəyə minib.

media-ads_728_90
Paylaş