media-1200x100

Qəzzada ölənlərin sayı 48 189 nəfərə çatıb

media-ads_728_90

Qəzza sektorunda dağıntılar altından daha 7 nəfərin meyiti çıxarılıb.

“TV1” xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bununla da Qəzzada ölənlərin sayı 48 189 nəfərə çatıb.

Son 24 saatda xəstəxanalara 2 yaralı gətirilib. Bununla da Qəzzada hücumlar nəticəsində yaralananların sayı 111 640 nəfərə çatıb.

Qeyd edilib ki, hələ də dağıntılar altında və yollarda çoxlu sayda zərərçəkmişlər var.

Xatırladaq ki, İsraillə HAMAS arasında əsir və girov mübadiləsini nəzərdə tutan razılaşma çərçivəsində yanvarın 19-dan Qəzzada atəşkəs hökm sürür.

media-ads_728_90
Paylaş