media-1200x100

“Qobu” elektrik stansiyasında istehsal olunan enerjinin həcmi açıqlanıb

media-ads_728_90

Abşeron rayonu Qobu qəsəbəsində yerləşən “Qobu” modul tipli elektrik stansiyasında istismara verildiyi tarixdən fevrallın 1-nədək 6,3 milyard kVt/saat elektrik enerjisi istehsal edilib.

“TV1”  bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, stansiya ümumi gücü 385 MVt olmaqla, hər biri 18,32 MVt gücündə 21 ədəd qaz porşen aqreqatından ibarətdir.

Xatırladaq ki, “Qobu” modul tipli elektrik stansiyasının açılışı 2022-ci ilin fevralın 11-də olub.\apa

media-ads_728_90
Paylaş