Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış – Ölənlər var
Çeçenistanın paytaxtı Qroznı şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər ölüb.
“TV1” rus KİV-lərinə istinadən xəbər verir ki, qaz sisterninin partlaması nəticəsində ölənlərdən ikisi uşaqdır (5 və 6 yaşında).
Ölənlərin şəxsiyyəti hələlik məlum deyil.
Hadisə barədə rəsmi məlumat açıqlanmayıb.