media-1200x100

Qubada 16 dərəcə şaxta qeydə alınıb

media-ads_728_90

Dekabrın 13-ü axşam saatlarından başlayaraq Quba, Qusar, Xızı və digər şimal rayonlarının ərazisinə qar yağır.

“TV1” xəbər verir ki, ən çox qar Qubanın Qudyalçay-Qımıl məntəqəsində qeydə alınıb.

Burada qarın hündürlüyü 24 santimetrə çatır. Region üzrə ən aşağı temperatur Qubanın Qrız kəndində (-16) bu məntəqədə qeydə alınıb.

Qubanın rayon mərkəzində 7, Qrızda 10, Xaltanda 8, Qusarın rayon mərkəzində 10, Ləzə kəndində 12 santimetr qar var.

Xızı rayonun Altıağac qəsəbəsində 10 santimetr qar, mənfi 9 dərəcə şaxta qeydə alınıb.

Bölgəyə qar yağmaqda davam edir.

media-ads_728_90
Paylaş