media-1200x100

Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir - VİDEO

media-ads_728_90

Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir.

“TV1” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, müasir döyüş üsullarından istifadə edilməklə keçirilən təlimdə aşkar olunan şərti düşmən hədəflərinin artilleriya və zenit-raket qurğularından, eləcə də zirehli döyüş texnikaları üzərinə quraşdırılmış silahlardan məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra olunub.

Bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.

media-ads_728_90
Paylaş