media-1200x100

Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Özbəkistan nümayəndə heyətlərini qəbul edib

media-ads_728_90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Özbəkistanın nümayəndə heyətlərini qəbul edib.

“TV1” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Özbəkistanın nümayəndə heyətinə xarici işlər naziri Bəxtiyor Saidov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və nəqliyyat naziri İlham Mahkamov daxildir.

Qeyd edək ki, bu gün Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü keçirilib.

media-ads_728_90
Paylaş