Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

media-ads_728_90

Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

“TV1” xəbər verir ki, Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib.

Dövlətimizin başçısı telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkür edib.

media-ads_728_90
Paylaş