media-1200x100

RƏSMİ BAKI: Rusiyada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü nəzərdə tutulmayıb

media-ads_728_90

“Moskvada Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş nəzərdə tutulmayıb”.

“TV1” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Xatırladaq ki, 6 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur. /trend/

media-ads_728_90
Paylaş