Rəsmi Moskvadan Rusiya-ABŞ danışıqları ilə bağlı AÇIQLAMA
“Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanında danışıqların yeni raundu bu həftə planlaşdırılmır”.
“TV1” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
CNN-in danışıqlarla bağlı yaydığı məlumatda isə bildirilirdi ki, Ər-Riyadda ABŞ və Ukrayna nümayəndələri arasında bu həftə danışıqlar keçiriləcək.
Qeyd edək ki, Rusiya və ABŞ yüksək səviyyəli nümayəndələri arasında ilk görüş bu il fevralın 18-də Ər-Riyadda keçirilib.