Respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşıb

media-ads_728_90

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

“TV1” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikasında, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərlərindən və Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

media-ads_728_90
Paylaş