media-1200x100

Respublikaçılar Konqresə ABŞ-ın BMT-dən çıxmasını nəzərdə tutan layihə təqdim edib

media-ads_728_90

ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan üzvləri ölkənin Birləmiş Millətlər Təşkilatından çıxmasını və qurumun maliyyələşdirilməsinin dayandırılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə təqdim etməyə hazırlaşır.

“TV1” xəbər verir ki, bu barədə “FOX NEWS” xəbər yayıb.

Senator Mayk Linin müəllifi olduğu layihə təqdim edildikdən sonra ölkə təşkilatın tərkibindən çıxmaqla yanaşı, həm də maliyyələşməni tamamilə dayandıracaq.

Qeyd edək ki, hakim partiyadan olan senatorlar bəyanat verərək, təşkilatın ABŞ-ın maraqlarına cavab vermədiyini açıqlayıb.

media-ads_728_90
Paylaş