media-1200x100

RF Prezidentinin köməkçisi: "Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmur"

media-ads_728_90

“Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üzrə üçtərəfli görüşü hələ nəzərdə tutulmur”.

“TV1” xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Uşakov daha sonra deyib: “Xeyr, üçtərəfli görüşlə bağlı razılaşma yoxdur. Belə bir ideya olub, amma onu kimsə dəstəkləməyib”.

Onun sözlərinə görə, Rusiya bu formata etiraz etməyib.

media-ads_728_90
Paylaş