Robert Köçəryanın məhkəməsi başlayıb - FOTO

media-ads_728_90

Bu gün Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın məhkəməsi başlayıb.

“TV1” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hazırda həbsdə olan Ermənistanın ikinci prezidenti Robert Köçəryan İrəvandakı Korrupsiya ilə Mübarizə Məhkəməsinə gətirilib. Burada 1 Mart hadisələri ilə bağlı iş üzrə növbəti məhkəmə iclası keçirilib.

Qeyd edək ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin sabiq prezidenti Robert Köçəryan haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçib. R.Köçəryana külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma faktları üzrə ittihamlar irəli sürülüb. O, ölkə prezidenti olduğu dövrdə qulluq mövqeyindən istifadə edərək başqa şəxslərlə əlbir olub ictimai və iqtisadi əhəmiyyətli bir sıra obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib. Cinayət icraatı çərçivəsində altı nəfər, o cümlədən Robert Köçəryan, onun oğlu və digər şəxslər saxlanılıb.

media-ads_728_90
Paylaş