media-1200x100

Rusiya-Azərbaycan XİN rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

media-ads_728_90

Xarici işlər nazirinin müavini Samir Şərifov Moskvada rusiyalı həmkarı Aleksandr Qruşko ilə məsləhətləşmələr aparıb.

“TV1” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Cənubi Qafqaz və ətraf regionlardakı vəziyyət, Avropa İttifaqı və NATO problematikası, eləcə də Avropa Şurasının regiondakı fəaliyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

O da bildirilib ki, görüş Rusiya-Azərbaycan münasibətlərinin ruhuna uyğun dostluq və etimad şəraitində keçib.

media-ads_728_90
Paylaş