Rusiya ordusu Kiyevə zərbə endirib, Dnepr çayı üzərindəki əsas körpülərdən biri vurulub

media-ads_728_90

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi zərbələr nəticəsində şəhəri iki hissəyə ayıran Dnepr çayı üzərindəki əsas körpülərdən olan Cənub körpüsü vurulub.

“TV1”  xəbər verir ki, zərbələr nəticəsində zədələnən körpü nəqliyyat üçün bağlanıb.

3-4 kilometrlik körpü hazırda yalnız piyadalar üçün açıqdır. Bununla belə, Rusiya ordusunun körpünü tamamilə məhv etmək üçün yaxın günlərdə həmin istiqamətə ballistik raket zərbələri endirəcəyi barədə xəbərdarlıq edilib.

Yaranmış vəziyyətlə əlaqədar Dneprin Kiyevdən keçən hissəsi üzərindəki digər iki körpüdən istifadəyə də məhdudiyyət qoyulub.

media-ads_728_90
Paylaş