Rusiya ordusu Xarkova zərbə endirib, 6 nəfər ölüb
Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinin Staraya Hnılıtsa kəndində fermaya endirdiyi zərbə nəticəsində 6 nəfər ölüb.
“TV1” xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov açıqlama verib.
Onun sözlərinə görə, ölənlərdən 2-si kişi, 4-ü qadındır.
Məlumata görə, hadisə nəticəsində daha 8 nəfər – ferma işçiləri yaralanıb. Onlara zəruri tibbi yardım göstərilir.








