Rusiya qazının Ermənistana tədarükü 10 gün müddətinə dayandırılacaq

media-ads_728_90

“Qazprom Ermənistan” Rusiyadan qaz tədarükünün 10 günlük dayandırılacağı barədə məlumat verib.

“TV1” xəbər verir ki, “NEWS.am”ın məlumatına görə, təbii qazın tədarükü “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərindəki planlı təmir işləri ilə əlaqədar sentyabrın 15-dən 25-dək müvəqqəti olaraq dayandırılacaq.

Şirkətdən bildirilib ki, göstərilən dövrdə istehlakçıların fasiləsiz qaz təchizatı daxili ehtiyatlar və İrandan tədarük edilən əlavə təbii qaz həcmləri hesabına həyata keçiriləcək.

media-ads_728_90
Paylaş