Rusiya və ABŞ diplomatik missiyalar barədə razılığa gəlib
Rusiya və ABŞ İstanbulda keçirilən danışıqlarda diplomatik missiyaların maneəsiz maliyyələşdirilməsini təmin etmək və “diplomatların öz rəsmi vəzifələrini yerinə yetirmələri üçün müvafiq şərait” yaratmaq üçün birgə addımlar barədə razılığa gəliblər.
“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunur ki, İstanbul görüşündə nümayəndə heyətlərinə Aleksandr Darçiyev və Sonata Kulter rəhbərlik edib.
Tərəflər digər məsələlərlə yanaşı, 2016-2018-ci illərdə müsadirə edilmiş diplomatik əmlakın Rusiyaya qaytarılmasını müzakirə ediblər.
Məsləhətləşmələr məzmunlu və işgüzar şəkildə keçirilib.
Moskva və Vaşinqtonun bu kanal vasitəsilə dialoqu davam etdirəcəyi vurğulanıb.