Rusiyanın aeroportları yenə BAĞLANDI
Rusiyanın Vladikavkaz, Qroznı və Mahaçqala şəhərlərinin hava limanlarında təyyarələrin uçuşları və enişlərinə müvəqqəti məhdudiyyətlər qoyulub.
“TV1” xəbər verir ki, bu haqda Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəsmisi Artyom Korenyako “Telegram” kanalında məlumat yayıb.
Məlumatda bildirilir ki, reyslərin qəbulu və göndərişinə Moskva vaxtı ilə 07:44-də (Bakı vaxtı ilə 08:44) məhdudiyyətlər tətbiq olunub.
“Hava gəmilərinin ekipajları, aviadispetçerlər və aeroport xidmətləri uçuş təhlükəsizliyinin təmin olunması üçün əllərindən gələni edirlər – bu əsas prioritetdir”, – deyə o bildirib.