media-1200x100

Rusiyanın ən təhlükəli AEROPORTLARI

media-ads_728_90

Rusiyanın Soçi, İrkutsk və Murmansk hava limanları texniki xarakteristika baxımından pilotlar üçün ölkənin ən təhlükəli aeroportları sayılır.

“TV1” xəbər verir ki, təhlükəli hava limanlarının siyahısı Rusiyanın Tur Operatorları Assosasiyası tərəfindən tərtib olunub.

Təhlildə qeyd olunur ki, Rusiya təhlükəsiz olmayan və ya ekstremal aerodromlar yoxdur.

“Buna baxmayaraq, Rusiyanın hava limanlarının, təyyarələrin idarə olunması çətinliyi ilə şərtlənən özünəxas “xarakteri” var”, – deyə təhlildə bildirilir.

Ən təhlükəli aeroportların siyahısında birinci yerdə Soçinin “Adler” hava limanı gəlir. Sözügedən aeroportda təyyarələr yalnız dəniz tərəfdən qalxıb-enməli olur. Bu səbəbdən aeroport tez-tez əlverişsiz hava şəraiti ucbatından bağlanmalı olur.

Siyahıyada növbəti gələn İrkutsk aeroportunda laynerlər sıx yaşayış massivinin yerləşdiyi tərəfdən enməli olur. Murmanskda isə pilotların işinə şiddətli küləklər əngəl törədir.

media-ads_728_90
Paylaş