Rusiyaya məxsus 4 PUA hava məkanımızı pozub - Maya Sandu

media-ads_728_90

Cümə axşamına keçən gecə Rusiyaya məxsus dörd pilotsuz uçuş aparatı (PUA) ölkənin hava məkanını pozub.

“TV1” xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu öz rəsmi “X” səhifəsində bildirib.

“Rusiyanın Ukraynaya kütləvi hücumu bu gün səhər yenidən Moldovaya da təsirsiz ötüşməyib: Rusiyaya məxsus dörd PUA hava məkanımızı pozub və onlardan ən azı biri ölkənin şimalında partlayıb”, – deyə o, yazıb.

M.Sandunun sözlərinə görə, müharibə bütün Avropa üçün təhlükə yaradır.

“Biz bu müharibəni pisləyir və Ukraynanın yanında çiyin-çiyinə dayanırıq”, – deyə M.Sandu əlavə edib.

media-ads_728_90
Paylaş