Sabah Aİ ölkələrinə Avropanın yenidən silahlanması planı təqdim ediləcək
Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayen martın 4-də Aİ ölkələrinə Avropanın yenidən silahlanması planını təqdim edəcəyini bildirib.
“TV1” xəbər verir ki, bu barədə Ursula Fon der Lyayen mətbuat konfransında bildirib.
“Bizə müdafiədə böyük bir artım lazımdır və şübhəsiz ki, buna ehtiyac var. Biz davamlı sülh istəyirik, lakin davamlı sülh yalnız güc üzərində qurula bilər”, – deyə Ursula Fon der Lyayen vurğulayıb.