Sabah bəzi yerlərdə yağış yağacaq
Azərbaycanda sentyabrın 29-na gözlənilən hava şəraiti açıqlanıb.
“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20, gündüz 22-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19, gündüz 22-27, dağlarda gecə 3-6, gündüz 6-10 dərəcə isti olacaq.








