Sabah bu ərazilərdə qaz olmayacaq
Təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 23-də saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Köhnə Alvadı, Banbaşı, Yeyənkənd kəndlərinin və Böyük Xocavar kəndinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“TV1” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.








