Sabah günün ikinci yarısından bəzi rayonlarda yağış yağacaq
Aazərbaycanda sentyabrın 16-na gözlənilən hava şəraiti açıqlanıb.
“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 18-22, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mmillimetr civə sütunu, nisbi rütubət gcə 70-75, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 22-27 dərəcə isti olacaq.








