Sabah səhərdən qar yağacaq, arabir intensivləşəcək - XƏBƏRDARLIQ
Fevralın 26-sı səhər dağlıq ərazilərdən başlayaraq 27-si gündüzədək ölkənin əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir.
“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın minimal temperaturu Aran rayonlarında -2 dərəcədən -7 dərəcəyədək, dağlıq rayonlarda -10 dərəcədən -15 dərəcəyədək, yüksək dağlıq ərazilərdə -15 dərəcədən -20 dərəcəyədək olacaq.
Gözlənilən şaxtalı hava şəraiti ilə bağlı bəzi yollar buz bağlayacaq.