media-1tv-az-1200x100

Sabahın HAVASI - Yollar buz bağlayacaq, qar yağacaq...

media-ads_728_90

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən “TV1”-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu

Gecə 5-8° şaxta
Gündüz 2-6° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək
Nisbi rütubət gecə 70-75 %
Gündüz 55-65 % olacaq

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu

Gecə 4-9° şaxta
Gündüz 1-6° isti
Dağlarda gecə 13-18° şaxta,
Yüksək dağlıq ərazilərdə 20-25° şaxta
Gündüz 5-10° şaxta olacaq.

Yolların buz bağlaması davam edəcək.

media-ads_728_90
Paylaş