Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Bu gündən 2024–2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək.
“TV1” xəbər verir ki, bu barədə Elm vəTəhsil Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, proses sy.edu.az sistemi üzərindən həyata keçiriləcək. Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.
Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat ictimaiyyətə öncədən elan ediləcək.