Şahdəniz Kompressiya platformasına ilk dəfə qurudan elektrik xətti çəkiləcək
“Şahdəniz Kompressiya platformasına ilk dəfə qurudan elektrik enerjisinin gəlməsi nəzərdə tutulub”.
“TV1” xəbər verir ki, bunu Şahdəniz Kompressiya (ŞDK) layihəsinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüşdə layihənin meneceri Elşad Məhərrəmli deyib.
O bildirib ki, Şahdəniz Kompressiya platformasına lazım olan enerjinin ilk dəfə dövlət xəttinə qoşulmaqla qurudan çəkilişi təmin ediləcək.
“Bunun üçün də transformerlər və bir sıra başqa avadanlıqların gətirilməsi nəzərdə tutulub. Təbii ki, heç bir platforma təhlükəsizlik və telekommunikasiya sistemlərsiz ola bilməz. Buraya uzaqdan idarəetmə ilə idarə olunacaq. Şahdəniz Kompressiya platformasının Səngəçal terminalından idarə olunması nəzərdə tutulub”, – deyə o əlavə edib.