media-1200x100

Şahin Musaoğlu: “Şuşaya həsr etdiyim “Zəfər dastanı”nı xalqımıza yaxın zamanda təqdim edəcəyimizə ümid edirəm” – VİDEO/ÖZƏL

media-ads_728_90

“44 günlük Zəfərdən sonra Şuşa haqqında “Zəfər dastanı” adlı dörd hissədən ibarət simfonik poema yazmışam”.

Bunu “TV1”ə özəl açıqlamasında şair-bəstəkar Şahin Musaoğlu deyib.

O qeyd edib ki, bu poemanın səsləndirilməsi ilə bağlı 4 il əvvəl Mədəniyyət nazirliyində 2 dəfə görüş keçirsə də, bəstəkara lazımı şərait yaradılmayıb:

“Rəhbərlik dəyişdikdən sonra Mədəniyyət nazirliyinə yenə müraciət etmişəm və hələ də gözləyirəm. Bu il poemanı səsləndirmək yəqin ki, alınmayacaq. Ümid edirəm ki, 44 günlük Zəfərimizin 5-ci ildönümündə poemanı səsləndirməyə dövlətimiz dəstək olacaq və “Zəfər dastanı” simfonik poemasını xalqımıza təqdim etməyə nail olacağam”.

O daha sonra qeyd edib ki, Şuşanın tarixi ilə bağlı, Pənahəli xanın avtobioqrafiyasına həsr olunan tarixi pyesin üzərində işləyir:

“Artıq əsəri tamamlamaq üzrəyəm, hazırda finaldayam. Bundan əlavə, Şuşanın azad olunmasına həsr etdiyim “Şuşa marşı” da yazmışam”.

Qeyd edək ki, həkim, şair, bəstəkar Şahin Musaoğlu birinci Qarabağ savaşı dönəmindən etibarən, vətənpərvərlik ruhunda əsərlər yazmağa başlayıb. 30 illik çoxşaxəli bədii yaradıcılığında ziyalı 8 kitabın, 35 mahnının, pyeslərin, simfonik poemanın, esselərin, şeirlərin müəllifidir. O, çox sevilən “İgid Əsgər, Möhkəm Dayan!” və “Cənab Leytenant” mahnılarının da müəllifidir.

Şahin Musaoğlu Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri, Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professoru, “Qızıl Qələm” mükafatı laueratıdır.

Mətanət Əliyeva

Daha ətraflı videomüsahibədə:

media-ads_728_90
Paylaş