Şəhid qızı Azərbaycan çempionu olub
Şəhid qızı Azərbaycan çempionu olub.
“TV1” xəbər verir ki, Bakıda keçirilən taekvondo üzrə ölkə birinciliyi və çempionatında Göygölün İrəvan İdman Mərkəzinin yetirməsi Dərya Hüseynova 30 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Beləliklə, Dərya Hüseynova Azərbaycan çempionu olub.
O, Vətən müharibəsində Cəbrayıl uğrunda döyüşlərdə şəhid olan Elbrus Hüseynovun qızıdır.








