Serbiya prezidenti Aleksandar Vuçiç istefa verib

media-ads_728_90

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdiyini açıqlayıb.

“TV1” xəbər verir ki, Vuçiç prezident səlahiyyətlərini bazar ertəsi Milli Assambleyanın sədri Ana Brnabiçə təhvil verəcəyini bildirib.

A.Brnabiç yeni prezident seçilənədək dövlət başçısının səlahiyyətlərini müvəqqəti icra edəcək.

Konstitusiyaya əsasən, yeni prezident seçkiləri dekabrın 27-dək keçirilməlidir.

Serbiyada növbədənkənar parlament seçkilərinin oktyabrın 25-də keçirilməsi planlaşdırılır. Vuçiç hakim Serbiya Tərəqqipərvər Partiyasının siyahısına rəhbərlik edəcək və baş nazirliyə namizəd olacaq.

media-ads_728_90
Paylaş