Şərqi Zəngəzurla bağlı məlumatlar bu sistemə daxil ediləcək - Fərman
Prezident İlham Əliyev “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
“TV1” xəbər verir ki, fərmana əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisinə dair geoloji məlumatlar Coğrafi İnformasiya Sisteminə daxil ediləcək.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.