Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəmərinə İraq ərazisindən hücum edilib
Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərinə İraq ərazisindən dronlarla hücum edildiyini açıqlayıb.
‘’TV1’’ xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ər-Riyad hazırda cavab tədbirlərindən çəkinir və İraq hakimiyyətinə hücumların qarşısını almaq üçün tədbirlər görmək imkanı verir.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı kəmərin ehtiyat tədbiri olaraq bağlandığını açıqlamışdı. Gündəlik 7 milyon barel ötürmə gücünə malik Şərq-Qərb neft kəməri ölkənin neftinin Qırmızı dəniz sahilindəki Yanbu limanına daşınmasında mühüm rol oynayır.








