Şimali Koreya hərbçilərinin Ukraynadakı döyüşlərə qatılmaq ehtimalı var - AÇIQLAMA
“Rusiya ordusuna dəstək məqsədi ilə Şimali Koreya öz hərbçilərini Ukraynada gedən döyüşlərə göndərə bilər”.
“TV1” xəbər verir ki, belə bir ehtimalla Cənubi Koreyanın müdafiə naziri Kim Yen Hyen çıxış edib.
Rusiya ilə Şimali Koreya arasında qarşılıqlı hərbi yardım haqqında müqavilənin imzalandığını əsas gətirən Cənubi Koreya rəsmisi belə bir ehtimalın yüksək olduğunu bildirib.